Yuxarı

Bilik Fondu sağlamlıq imkanları məhdud gənclərə kitab hədiyyə edib

Bilik Fondu sağlamlıq imkanları məhdud gənclərə kitab hədiyyə edib
Əlli adda kitab Reabilitasiya Mərkəzinin kitabxanasına təhvil verilib

Bakı 2 dekabr. REPORT.AZ/ Üç dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günü münasibəti ilə Bilik Fondunun əməkdaşları Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə baş çəkiblər.

Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin elmə, peşə təlimlərinə, yaradıcılıq növlərinə marağı ilə bağlı fikir mübadiləsi aparılıb. 

Bilik Fondu gənclərin istəyinə əsasən, mərkəzdə ödənişsiz xarici dil kurslarının açılmasını, müxtəlif elm, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların iştirakı ilə görüşlərin keçirilməsini təklif edib. 

Mərkəzin direktoru Rəhilə Həsrətova sağlamlıq imkanları məhdud gənclərin daim dövlətin diqqətində olduqlarını, onların bir sıra peşələrdə böyük uğurlar qazandıqlarını deyib. O vurğulayıb ki, Bilik Fondunun maarifləndirici layihələri belə gənclərin dünyagörüşünün inkişafında böyük rol oynayacaq.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının hədiyyə etdiyi 50 adda kitab Reabilitasiya Mərkəzinin kitabxanasına təhvil verilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi