Yuxarı

​Bilik fondu jurnalist olmaq istəyənlərə kömək edəcək

Fond TQDK ilə birgə layihə keçirir

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dəstəyi ilə “İlboyu bilik” proqramı üzrə “Yazmağı bacaracaqsan” layihəsini davam etdirir.

Bu barədə "Report"a Fonddan bildirilib.

Layihə çərçivəsində jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil ediləcək.
Kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq. 

Təlimlərə qatılmaq istəyən abituriyentlər martın 20-dək Bilik Fonduna müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi