Yuxarı

​Bilik Fondu "Təfəkkür" Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

Ali təhsil müəssisəsində mühazirə təşkil olunub

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində Fondun aparat rəhbəri İsaxan Vəliyevin “Dini ekstremizmə qarşı mübarizə haqqında qanunçuluq dövlət və din münasibətlərinin təminatı kimi” mövzusunda mühazirəsini təşkil edib.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan məlumat verilib.

Rektor M.Atakişiyev Azərbaycan Respublikası Prezidenti tərəfindən 05.12.2105-ci il tarixində imzalanmış “Dini ektremizmə qarşı mübarizə haqqında” qanunun dünyada dini zəmində baş verən münaqişələrin Azərbaycana sirayət etməsinin qarşısını almaqda böyük rolu olduğunu deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi