Yuxarı

​Bilik Fondunun nümayəndələri əsgərlərlə görüşüb

Əsgərlərə kitablar hədiyyə olunub

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qarabağ və Gəncəbasar bölgəsində xüsusi layihələrə başlayır.

Fondun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fondun icraçı direktoru Oktay Səmədov Tərtər rayonunda olub.

Səfər çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fondun nümayəndələrini rayonda aparılan tikinti-quruculuq işləri ilə tanış edib. İcra hakimiyyətinin başçısı onu da vurğulayıb ki, yerli sakinlərin Qarabağ bölgəsi üzrə Bilik Evinin açılması ilə bağlı Fondun Tərtər ranyonu üzrə nümayəndəsi Gülarə Əkbərovaya ünvanladıqları çoxsaylı müraciətlər müsbət dəyərləndirilib, maarifləndirilmə tədbirlərinin effektivliyinin artırılması üçün Tərtər Regional Bilik Evinə məkan ayrılıb.

Fondun icraçı direktoru 19-cu əsrdə inşa olunan Tərtər "Cümə" məscidinin axundu Hacı Sadiq Cəfərov, onun müavini Hacı Məhərrəmlə görüşündə bildirib ki, məscid kitabxanalarını elmi, bədii, dini ədəbiyyatla zənginləşdirməklə yanaşı, müxtəlif bölgələrdən olan din xadimlərinin bir-biri ilə ünsiyyət qurmaları ideyasını reallaşdırmaq üçün sosial, mənəvi mövzularda “Dəyirmi masa"ların təşkili nəzərdə tutulur. Bununla əlaqədar yaxın günlərdə bir qrup ədəbiyyat adamları ilə dindarların, yerli ziyalıların, ictimaiyyət nümayəndələrinin Tərtər "Cümə" məscidindən başalayaraq, Qarabağ bölgəsinin digər dini ocqlarında görüşləri planlaşdırılır.

Bilik Fondunun nümayəndələri icra hakimiyyəti başçısının rəhbərliyi ilə Tərtərin düşmənlə təmas xəttində yerləşən "N" saylı hərbi hissəsində əsgər və zabitlərin qonağı olublar. Əsgərlərə Ulu Öndər Heydər Əliyevə, Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunan kitablar, azərbaycanlı və xarici məşhur yazıçıların əsərləri, "Akademi kitab evi"nin verdiyi 4 cildlik "Azərbaycan dastanları" hədiyyə edilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi