Yuxarı
    Bağlamaq

    Bilik Fondu Bakı və Salyan məktəblilərini qardaşlaşdırıb

    “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində suraxanılı məktəblilərlə salyanlı yaşıdları arasında saziş imzalanıb

    Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Bakının Suraxanı rayonundakı 275 nömrəli məktəbin şagirdləri Salyan məktəblilərinin qonağı olublar.

    Fondun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, məktəblilər Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüblər. Sonra şəhər 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə suraxanılı məktəblilərlə salyanlı yaşıdları arasında saziş imzalanıb. 

    Salyan şəhər 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin direktoru Arzu Daşpoladova belə layihələrin məktəblilərin inkişafında müstəsna rolu olduğunu deyib: "Şagirdlərin dostluğu onların dünyagörüşünün genişlənməsinə, ünsiyyət mədəniyyətinin yüksəlməsinə vasitə olur. Bu layihə təkcə məktəblilərin inkişafına deyil, məktəblərin tədris prosesinin daha da təkmilləşməsinə öz töhfəsini verir. Yeni innovativ metodlarların öyrənilməsi, rayon məktəbi ilə Bakı məktəbi arasında təcrübə mübadiləsinin aparılması ümumi işimizin xeyrinədir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi