Beynəlxalq Universitetin təhsili yarımçıq qalmış 243 tələbəsinin attestatları geri qaytarılıb

Beynəlxalq Universitetin təhsili yarımçıq qalmış 243 tələbəsinin attestatları geri qaytarılıb İndiyə qədər 404 nəfər attestatlarını almaq üçün qeydiyyatdan keçib
Elm və təhsil
16 İyun , 2015 16:41
Beynəlxalq Universitetin təhsili yarımçıq qalmış 243 tələbəsinin attestatları geri qaytarılıb

Bakı. 16 iyun. REPORT.AZ/ Təhsil Nazirliyi fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunan attestatlarını geri qaytarılması prosesini davam etdirir. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, müvafiq siyahıda adı olan şəxslərdən iyunun 16-dək Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçmiş 404 nəfərdən 243-ü sənədlərini geri alıb.

Qeyd edək ki, qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər.

Son xəbərlər

Orphus sistemi