Bakı və Sumqayıtda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb

Bakı və Sumqayıtda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb "Bu gün beynəlxalq fənn olimpiadalarına hazırlıq məsələləri Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biridir"
Elm və təhsil
17 Aprel , 2015 12:19
Bakı və Sumqayıtda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb

Bakı. 17 aprel. REPORT.AZ/ "Bu gün beynəlxalq fənn olimpiadalarına hazırlıq məsələləri Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biridir. Artıq Bakı və Sumqayıt şəhərində beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb və orada işlər ciddi şəkildə davam edir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Fuad Qarayev deyib.

O bildirib ki, hər iki mərkəzdə ümumi fənlər üzrə 100-dən çox şagird olimpiadaya hazırlıq məşqlərində iştirak edir: "May ayında onlar arasında növbəti seçim imtahanı keçirərək yay olimpiada məktəbini təşkil etmək niyyətindəyik. Beynəlxalq təşkilat komitəsi tərəfindən həmin olimpiadalar üçün təsdiq edilən sabit qaydaları var və onları dəyişdirmək nazirlikdən asılı deyil".

F.Qarayevin sözlərinə görə, Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında ciddi nailiyyət əldə etməsi, daha çox medalların əldə edilməsi üçün müxtəlif tədbirlər həyata keçiriləcək: "Ən vacibi riyaziyyat və fizika olimpiadaçılarımızın beynəlxalq olimpiadalardan əvvəl keçirilən və daha kiçik olan regional olimpiadalarda iştirak etməsidir. Təhsil nazirinin əmri ilə 11 nəfərdən ibarət komanda (6 şagird  riyaziyyat, 5 şagird fizika fənnindən olmaqla) "Balkan riyaziyyat olimpiadası" və "Asiya fizika olimpiadası"nda iştirak edəcəklər".

Son xəbərlər

Orphus sistemi