Belarus Dövlət Universitetitinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Belarus Dövlət Universitetitinin nümayəndə heyəti Azərbaycana səfər edəcək Səfər zamanı ölkə məktəblərində təqdimatların keçirilməsi nəzərdə tutulub
Elm və təhsil
9 Aprel , 2015 13:13
Belarus Dövlət Universitetitinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Bakı. 9 aprel. REPORT.AZ/ Belarus Dövlət Universitetitinin (BDU) nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Belarusun Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, səfər aprelin 16-18-də baş tutacaq. 

Səfər zamanı BDU-nun beynəlxalq əlaqələr üzrə idarəsinin rəis müavini Konstantin Makareviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın ali məktəblərinin nümayəndələri ilə görüşlər keçirəcək. Həmçinin bir sıra məktəblərdə təqdimatların keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi