BƏƏ-nin səfiri Bakı Ali Neft Məktəbində təqdimatla çıxış edib

BƏƏ-nin səfiri Bakı Ali Neft Məktəbində təqdimatla çıxış edib Elmar Qasımov: "BANM ilə Abu-Dabi Neft İnstitutu ilə əməkdaşlıq inkişaf etdiriləcək"
Elm və təhsil
16 Fevral , 2016 10:49
BƏƏ-nin səfiri Bakı Ali Neft Məktəbində təqdimatla çıxış edib

Bakı. 16 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Bakı Ali Neft Məktəbində (BANM) "BƏƏ-nin inkişafı" mövzusunda təqdimatla çıxış edib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil müəssisələri ilə BANM-in əlaqələrinin qurulduğunu deyərək Abu-Dabi Neft İnstitutu ilə əməkdaşlığın inkişaf etdiriləcəyini vurğulayıb. O, BANM-in tələbələri ilə belə görüşlərin davamlı olacağına əmin olduğunu bildirərək bu tədbirlərin tələbələrin dünyagörüşünə müsbət təsir göstərdiyini deyib.

Səfir Məhəmməd Əhməd Hamel Alqubaisi BANM-də olmaqdan məmnunluq bildirərək diplomat karyerasından söz açıb.

Səfirin təqdimatında BƏƏ-nin inkişafını özündə əks etdirən qısa videoçarx nümayiş olunub. O, BƏƏ-nin tarixi, coğrafiyası, ölkənin dövlət quruluşu və idarəetmə sistemi, adət-ənənələri haqqında danışıb. Səfir ölkəsinin inkişaf etmiş sahələri, təbii sərvətləri, xüsusilə təhsil sistemi haqqında məlumat verib.

Sonda səfir tələbələri maraqlandıran sualları cavablandırıb.

Son xəbərlər

Orphus sistemi