"Bədən tərbiyəsi və idman" ixtisası üzrə sınaq imtahanları keçiriləcək

"Bədən tərbiyəsi və idman" ixtisası üzrə sınaq imtahanları keçiriləcək Sınaq imtahanları abituriyentlər üçün ödənişsizdir
Elm və təhsil
18 May , 2016 09:44
Bədən tərbiyəsi və idman ixtisası üzrə sınaq imtahanları keçiriləcək

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiaysında bu təhsil ocağına daxil olmaq istəyən tələbələr üçün 6-10 iyunda saat 10.00-13.00 və 17.00-19.00 saatlarında xüsusi qabiliyyət tələb edən "Bədən tərbiyəsi və idman" ixtisası üzrə sınaq imtahanları keçiriləcək.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən məlumat verilib. 

Sınaq imtahanları İdman Akademiyasının stadion kompleksində və gimnastika zalında baş tutacaq. Sınaq imtahanları zamanı abituriyentlər Akademiyanın atletika və gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyələr, məsləhətlər ala biləcəklər.

Abituriyentlər imtahan normativləri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hazırladığı xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə tanış ola bilərlər.

Qeyd edək ki, sınaq imtahanları abituriyentlər üçün ödənişsizdir.

Son xəbərlər

Orphus sistemi