Yuxarı
    Bağlamaq

    “Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək

    Sınaq imtahanları İdman Akademiyasının stadion kompleksində və gimnastika zalında olacaq

    Bakı. 5 iyun. REPORT.AZ/ 2017/2018-ci tədris ili üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasın tərəfindən xüsusi qabiliyyət tələb edən tələbə qəbulu ilə bağlı ödənişsiz sınaq imtahanları keçiriləcək.

    Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, “Bədən tərbiyəsi və idman” ixtisası üzrə keçiriləcək imtanahlar iyunun 5-20 baş tutacaq. 

    İmtahanlar saat 10:00-dan 17:00-dək davam edəcək. Sınaq imtahanları İdman Akademiyasının stadion kompleksində və gimnastika zalında olacaq. 

    Sınaq imtahanları zamanı abituriyentlər Akademiyanın Atletika və Gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyələr, məsləhətlər ala biləcəklər.

    Abituriyentlər imtahan normativləri ilə Dövlət imtahan Mərkəzi tərəfindən hazırlanmış xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə tanış ola bilərlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi