BDU Türkiyənin üç universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

BDU Türkiyənin üç universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb İstanbul Universiteti, İstanbul Kemerburqaz Universiteti və Egey Universitetinin rektorları Bakı Dövlət Universitetində olublar
Elm və təhsil
13 Mart , 2017 13:13
BDU Türkiyənin üç universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı. 13 mart. REPORT.AZ/ İstanbul Universitetinin rektoru, professor Mahmut Ak, İstanbul Kemerburqaz Universitetinin rektoru, professor Çağrı Erhan və Egey Universitetinin rektoru, professor Xədicə Berill Dedeoğlu Bakı Dövlət Universitetində (BDU) olublar.

"Report" BDU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqları qarşılayan BDU-nun rektoru, akademik Abel Məhərrəmov onlara universitetin beynəlxalq əlaqələri, üzv olduğu strukturların fəaliyyəti, eləcə də Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlıq barədə məlumat verib.

Türkiyəli rektorlar isə, öz növbəsində, təmsil etdikləri universitetlər barədə danışıblar, BDU ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını bildiriblər.

Görüşdə BDU və Türkiyə adıçəkilən üç universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə müəllim və tələbələrin mübadiləsini, birgə elmi tədqiqatların, konfransların, seminarların, simpoziumların keçirilməsini və digər məsələləri əhatə edir.

Ardından İstanbul Kemerburqaz Universitetinin rektoru, professor Çağrı Erhan BDU-nun rektoru Abel Məhərrəmova redaktoru olduğu "Qafqazın parlayan ulduzu İlham Əliyevin dövründə Azərbaycan" adlı kitab hədiyyə edib.

Qonaqlar BDU-nun elmi mərkəzləri və laboratoriyaları ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi