BDU: Söküntü aparılan ərazidə tələbələr üçün yeni iaşə obyekti tikiləcək

BDU: Söküntü aparılan ərazidə tələbələr üçün yeni iaşə obyekti tikiləcək Bakı Dövlət Universitetinin (BDU) sökülmüş “Pepsi” adlı çayxanasının yerində tələbələr üçün yeni iaşə obyekti istifadəyə veriləcək.
Elm və təhsil
1 Aprel , 2019 15:18
BDU: Söküntü aparılan ərazidə tələbələr üçün yeni iaşə obyekti tikiləcək
Report
0 : 00
0 : 00

Bakı Dövlət Universitetinin (BDU) sökülmüş “Pepsi” adlı çayxanasının yerində tələbələr üçün yeni iaşə obyekti istifadəyə veriləcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq BDU-nun Mətbuat xidmətindən bildirilib. 

Qeyd edilib ki, yeni rektor Elçin Babayevin ideyası əsasında həmin ərazi müasir standartlara cavab verəcək zövqlü formada və tərtibatda, tələbələr üçün lazım olan bütün şərait nəzərə alınmaqla yenidən qurulub istifadəyə veriləcək: "Gigiyenik qaydaların yüksək səviyyədə olacağı ərazidə tələbələr asudə vaxtlarını daha rahat və səmərəli şəkildə keçirə biləcək, wi-fi-dan və. s istifadə edəcəklər".

Xatırladaq ki, BDU-nun “Pepsi” deyilən ərazisi qış semestri ərəfəsində sökülmüşdü.

Son xəbərlər

Orphus sistemi