Bakı. 24 iyun. REPORT.AZ/ "Son illər inkişaf edən dünya dövlətlərində elm və təhsilin bir-biri ilə əlaqələndirilməsinə və hər iki sahənin innovasiyaların tətbiqi yolu ilə paralel şəkildə inkişaf etdirilməsinə xüsusi diqqət verilir". "Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru, akademik, deputat Abel Məhərrəmov AMEA Rəyasət Heyətinin bugünkü iclasında "Elm və təhsilin innovativ inkişafı" mövzusunda məruzə ilə çıxış edərkən deyib.
O bildirib ki, elmlə təhsilin vəhdəti olmadan nailiyyət əldə etmək mümkün deyil: "İlk olaraq universitetlər elm ocaqları olmalı, sonradan universitet ola bilərlər. Digər tərəfdən, tələbələr üçün zəruri təcrübə bazası yaradılmalıdır. Qeyd edim ki, ölkədə 1800 elmlər doktoru var, onların da 300-ü BDU-da çalışır. Həmçinin 20 min tələbəmiz, 4000 əməkdaşımız var".
A.Məhərrəmov qeyd edib ki, BDU dünyada 500 ən reytinqli universitetlər sırasına daxildir: "Çalışırıq ki, nüfuzumuzu daha da yüksəklərə qaldıraq. Təəssüf ki, Ermənistan-Azərbaycan
BDU-nun tələbələr üçün elmi-tədqiqat mərkəzlərinə çevrilməsinin zəruriliyini vurğulayan akademik əlavə edib ki, tələbə elmi-tədqiqat laboratoriyalarında təcrübə keçməli və müəyyən praktikaya sahib olmalıdır: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da elm və təhsil vəhdət şəklində inkişaf edir. Akademiya ilə çox sıx elmi əməkdaşlığımız var. AMEA-nın 200-ə yaxın əməkdaşı BDU-da dərs deyir".