Yuxarı
    Bağlamaq

    BDU-nun professoru vəfat edib

    Kazım Həsənov 81 yaşında dünyasını dəyişib

    Bakı. 24 noyabr. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin professoru vəfat edib. "Report"un xəbərinə görə, fizika-riyaziyyat elmləri namizədi, professor Kazım Həsənov 81 yaşında dünyasını dəyişib. 

    Qeyd edək ki, Kazım Həsənov 1934-cü ildə Tovuz rayonunda anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) Fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olub. O, 1959-cu ildən vəfat edənə qədər BDU-da çalışıb. 1961-ci ildə akademik Ə.İ.Hüseynovun rəhbərliyi ilə "Kvazi-xətti hiperbolik və parabolik tipli diferensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi" mövzusunda dissertasiya işini müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 

    Professor 2009-cu ildə Azərbaycanın "Əməkdar müəllim"i fəxri adına layiq görülüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi