Yuxarı

​BDU-nun kafedra müdiri vəfat edib - FOTO

Mərhum Bakıda dəfn olunub

Bakı. 23 aprel. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Nəzəri mexanika və bütöv mühit mexanikasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Rafael Əmənzadə dünyasını dəyişib. “Report”un xəbərinə görə, mərhum Bakıda dəfn edilib.

Qeyd edək ki, R.Əmənzadə 1943-cü il dekabrın 31-də Bakı şəhərində anadan olub.

Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilib. O, 1982-ci ildən dünyasını dəyişənə qədər BDU-da kafedra müdiri vəzifəsində çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi