Yuxarı
    Bağlamaq

    BDU-nun bir qrup tələbəsi əlavə təhsil haqqı ödənişindən azad olunub

    Alt qruplarda oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqları BDU-nun daxili imkanları hesabına ödəniləcək

    Bakı. 21 yanvar. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) oturan tələbələri əlavə kreditlər üzrə təhsil haqqından azad olunublar. 

    BDU-nun Mətbuat və informasiya şöbəsindən "Report"a verilən məlumata görə, bununla bağlı qərar universitetin Elmi Şurasının yanvarın 21-də keçirilən iclasında qəbul edilib. 

    Qərar fevral ayından başlayaraq tətbiq olunacaq. Normativ təhsil müddətində alt qruplarda oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqları BDU-nun daxili imkanları hesabına ödəniləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi