Rektor: "BDU-da yüksək bal toplayan tələbələr I kursdan etibarən elmi iş yazırlar"

Rektor: "BDU-da yüksək bal toplayan tələbələr I kursdan etibarən elmi iş yazırlar" "Bu, təhsilin elmə inteqrasiyasını daha da gücləndirir"
Elm və təhsil
31 Oktyabr , 2016 12:30
Rektor: BDU-da yüksək bal toplayan tələbələr I kursdan etibarən elmi iş yazırlar

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Bakı Dövlət Universitetində bu ildən etibarən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələr I kursdan elmi iş yazmağa başlayıblar".

"Report"un məlumatına görə, bunu BDU-nun rektoru Abel Məhərrəmov II Azərbaycan Elm Festivalının açılış mərasimində deyib.

Onun sözlərinə görə, bununla elmlə təhsilin vəhdəti təmin edilir: "Bu, təhsilin elmə inteqrasiyasını daha da gücləndirir. Təbii ki, 600-dən aşağı bal toplayanlar bu məsələdə sərbəstdirlər. Lakin 600-dən yüksək bal toplayanlara nisbətən 600-dən aşağı bal toplayanlar buna daha çox həvəs göstərirlər".

Son xəbərlər

Orphus sistemi