BDU-da tədris prosesində nöqsanlara yol verən müəllimlərin sayı açıqlanıb

BDU-da tədris prosesində nöqsanlara yol verən müəllimlərin sayı açıqlanıb 2014-cü ildə universitetdən 26 tələbə xaric edilib
Elm və təhsil
8 Yanvar , 2015 12:02
BDU-da tədris prosesində nöqsanlara yol verən müəllimlərin sayı açıqlanıb

2014-cü ildə universitetdən 26 tələbə xaric edilib

Bakı. 8 yanvar. REPORT.AZ/ "Kredit sistemi ilə tədrisin təşkili barədə mövcud qaydalara uyğun olaraq, Bakı Dövlət Universitetində tələbələr davamiyyət və akademik borclara görə universitetdən xaric olunmur".

Bu barədə "Report"un sorğusuna cavab olaraq BDU-nun Mətbuat və İnformasiya şöbəsindən bildirilib.

Şöbədən verilən məlumata görə, yalnız tələbə başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda universitetdən xaric edilir: "Bütün bu hallara görə 2014-cü ildə universitetdən 26 tələbə xaric edilib".

BDU 2014-cü il müddətində cəzalandırılan müəllimlərin sayını da açıqlayıb: "Öz xahişi və səhhəti ilə əlaqədar olanları çıxmaq şərtilə, universitet müəllimləri işdən azad edilməyib. Tədris prosesində işdə yol verdikləri qüsurlara görə, təxminən 50-yədək universitet müəlliminə müvafiq inzibati cəza verilib".

Son xəbərlər

Orphus sistemi