BDU-da soyqırım qurbanları anılıb

BDU-da soyqırım qurbanları anılıb Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərlə bağlı məlumat verilib
Elm və təhsil
29 Mart , 2017 14:47
BDU-da soyqırım qurbanları anılıb

Bakı. 29 mart. REPORT.AZ/ Bakı Dövlət Universitetində (BDU) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Universitetdən “Report”a verilən məlumata görə, rektor Abel Məhərrəmov Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, tarixin bütün dönəmlərində erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb.

1918-ci il 31 mart soyqırımından bəhs edən rektor, ümummilli lider Heydər Əliyevin 1998-ciil martın 26-da imzaladığı "Azərbaycanıların soyqırımı haqqında" fərmanla ilkdəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 5 dəqiqəlik çarxın nümayişindən sonra Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq faktlarla ətraflı məlumat verib.

Sonda tələbələr adından tarix fakültəsinin tələbəsi Ayan Kərimova çıxış edib.

Son xəbərlər

Orphus sistemi