Yuxarı

BDU-da Qazax xanlığının 550 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Çıxışlardan sonra Qazaxıstan Milli Universiteti və Bakı Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakı Dövlət Universitetində (BDU) Qazax xanlığının 550 illiyi və Abay Kunanbayevin 170 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib. "Report" xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov universitetin tarixi haqqında, eləcə də Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıqdan söz açıb.

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, TürkPA-nın baş katibi Jandos Asanov və digər çıxışçılar Qazax xanlığı haqqında fikirlərini bölüşüblər.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev isə konfransda təqdim olunan elmi məqalələrdən ibarət "Qazaxıstan xanlığı: mənşəyi, adət-ənənələri və irsi" adlı kitab barədə danışıb.

Tədbir məruzəçilərin çıxışları ilə davam edib.

Çıxışlardan sonra əl-Fərabi adına Qazaxıstan Milli Universiteti və Bakı Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb, xatirə medalları təqdim olunub.

Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq konfrans çərçivəsində qazaxıstanlı alimlərin tələbə və magistrlar qarşısında mühazirələri nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi