BDU-da imtahan suallarının sayı azaldılıb

BDU-da imtahan suallarının sayı azaldılıb ​Rektor yeni tələblərə uyğun tərtib edilən imtahan suallarının tələbələrə vaxtında paylanması haqqında göstərişlər verib
Elm və təhsil
9 Dekabr , 2014 16:27
BDU-da imtahan suallarının sayı azaldılıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov dekanların və struktur rəhbərlərinin iştirakı ilə I-IV kurs tələbələrinin sinif nümayəndələri ilə görüşüb. Bu barədə "Report"a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. 

2015-ci ilin iyun ayında Bakıda I Avropa Oyunlarının keçirilməsi səbəbindən bütün təhsil müəssisələrində tədris prosesinin və imtahan sessiyasının gələn il mayın 31-də başa çatdırılmasının təmin edilməsi ilə bağlı Təhsil Nazirliyinin məktubu tələbələrin diqqətinə çatdırılıb. 

Məktuba əsasən, rektor dərslərin cari il dekabrın 26-da bitməsi, qış imtahan sessiyasının 3 həftə davam etməsi və qış tətilinin 1 həftə olması barədə qrafiklə tələbələri məlumatlandırıb. 

BDU-da imtahan qrafikinin sıxlığını və tələbələrin çoxsaylı müraciətlərini nəzərə alaraq rektor imtahan suallarının qismən azaldılması, imtahanlar arasında günlərin sayının normativə uyğun müəyyən edilməsi üçün əlavə olaraq həftənin şənbə günü də imtahanlar salınması, tələbələrin ərizələri əsasında dekabrın 25-27-də sessiyadan əvvəl başa çatan fənlər üzrə imtahanların keçirilməsi, davamedici olmayan fənlər üzrə alt qrupda imtahanlar növbəti semestrin birinci həftəsində keçirilə biləcəyi barədə məlumatı, kafedralar üzrə məsləhət saatları təşkil olunması, həmçinin yeni tələblərə uyğun tərtib edilən imtahan suallarının tələbələrə vaxtında paylanması haqqında göstərişlər verib.

Son xəbərlər

Orphus sistemi