BDU-da Çingiz Abdullayevlə görüş keçirilib

BDU-da Çingiz Abdullayevlə görüş keçirilib Görüşün əsas məqsədi tələbələrin mütaliə vərdişlərini inkişaf etdirmək olub
Elm və təhsil
5 May , 2015 17:32
BDU-da Çingiz Abdullayevlə görüş keçirilib

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə məşhur yazıçı, publisist Çingiz Abdullayevin tələbələrlə görüşü keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə universitet ictimaiyyəti və müxtəlif fakültə tələbələri iştirak ediblər.

Görüşün əsas məqsədi tələbələrin mütaliə vərdişlərini inkişaf etdirmək, bədii ədəbiyyata marağını artırmaq və bu vasitəylə gənclərin ümumi dünyagörüşü, intellektual səviyyəsinin yüksəlməsinə nail olmaqdır.

Tədbirdə çıxış edən Çingiz Abdullayev tələbələri bədii ədəbiyyat oxumağa dəvət edib. Yazıçı tələbələrin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi