Yuxarı
    Bağlamaq

    BDU “Azərsu”da filial açıb

    Açılış mərasimində Qorxmaz Hüseynov və Abel Məhərrəmov çıxış edib

    Bakı. 16 fevral. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Hidrometeorologiya kafedrasının “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal Elmi Tədqiqat və Layihə İnstitutu”nun nəzdindəki filialının açılışı olub.

    Universitetdən “Report”a verilən məlumata görə, rektor Abel Məhərrəmov BDU ilə “Azərsu” ASC arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” imzalanmış memorandum əsasında universitet Elmi Şurasının qərarı ilə yaradılan filialın fəaliyyətə başlamasını yüksək qiymətləndirib.

    O bildirib ki, filialın yaradılmasında əsas məqsəd BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılmasından ibarətdir.

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov da, öz növbəsində, filialın yaradılmasının əhəmiyyətindən danışıb: “ “Sukanal Elmi Tədqiqat və Layihə İnstitutu” yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, yenidən qurulması üçün müvafiq layihələrin, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında, tikinti üçün kompleks mühəndis axtarışlarının, sahə üzrə elmi-tədqiqat və tədqiqat işlərinin aparılmasında aparıcı elmi-tədqiqat və layihə təşkilatıdır.

    Belə bir institutda Hidrometeorologiya kafedrasının filialının fəaliyyətə başlaması, həm tələbələrin təcrübi biliklərinin genişləndirilməsi, həm də institutda çalışan gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədi ilə BDU alimləri tərəfindən təşkil olunmuş kurslarda və treninqlərdə iştirakı baxımından faydalıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi