Yuxarı
    Bağlamaq

    Baş nazirin müavini: "Alimlərimiz tək maaş haqqında deyil, kəşf etdiyi yeniliyin gətirdiyi maliyyə ilə bağlı da düşünməlidir"

    Elm və təhsil inkişafın ən vacib amilinə çevrilməlidir© Report.az

    Bakı. 16 mart. REPORT.AZ/ "Azərbaycanda təhsil yüksək səviyyədədir. İnsanlarımızda savadsızlıq yoxdur".

    "Report"un xəbərinə görə, bu sözləri Baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” mövzusunda keçirilən konfransda deyib.

    Onun sözlərinə görə, Azərbaycanda elm, təhsil inkişafın faktoruna çevrilməlidir: "Elm və təhsil inkişafın ən vacib amilinə çevrilməlidir. Yeniliklər xidmət səviyyəsinə qədər gəlib çatmalıdır. Elm iqtsadi fəaliyyətin içində olmalıdır, kənarında yox. Biz istəyirik ki, alimlərimiz tək maaş haqqında deyil, kəşf etdiyi yeniliyin gətirdiyi maliyyə ilə bağlı da düşünsünlər. Vacib deyil ki, aliminin sayı çox olsun. Vacib olan onun təklif etdiyi ideyaların sayının çox olmasıdır. Otaqda oturub dissertasiya yazmaqla iqtisadiyyata kömək etmək olmaz. Təklif edərdim ki, elm adamları ilə bununla bağlı görüş keçirək. Təhsilimiz də elə insanlar yetişdirməlidir ki, yerinə gəldiyi adamın işində hansı yenilik yarada biləcəyi barədə düşünsün".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi