Baş direktor: "Hazırda Azərbaycanda güclü seysmoloji aktivlik yoxdur"

Baş direktor: "Hazırda Azərbaycanda güclü seysmoloji aktivlik yoxdur" "Son bir həftədə ölkə ərazisində 185 yeraltı təkan olub"
Elm və təhsil
16 Mart , 2016 11:34
Baş direktor: Hazırda Azərbaycanda güclü seysmoloji aktivlik yoxdur

Bakı. 16 mart. REPORT.AZ/ "Azərbaycanda hazırda seysmoloji vəziyyət demək olar ki, fon səviyyəsindədir, elə güclü aktivlik yoxdur".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, Azərbaycan ərazisində son bir həftə ərzində, mart ayının 7-dən 14-dək 185 yeraltı təkan olub: "Bu təkanların hamısı hiss olunmayan zəif təkanlardır. Yəni bu göstərici Azərbaycana, seysmoaktiv bölgəyə xas olan əlamətlərdir, bu olmalıdır, qorxulu bir şey yoxdur".

Q.Yetirmişlinin sözlərinə görə, tektonik hərəkətlər daimi var: "Onların nəticəsidir ki, zəif təkanlar olur. Amma hazırda baş verə biləcək güclü-dağıdıcı zəlzələ üçün elə bir aktiv bölgə yoxdur. Yəni, nisbi olaraq bu və digər bölgələrdə tektonik qırılmalar zamanı baş verən zəlzələlər qorxulu deyil".

Direktor qeyd edib ki, mərkəzin stansiyaları gündəlik, mütəmadi, fasiləsiz müşahidələr aparır.

Son xəbərlər

Orphus sistemi