BANM və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu arasında anlaşma memorandumu imzalanıb

BANM və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu arasında anlaşma memorandumu imzalanıb Bakı. 23 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) nümayəndə heyəti ilə görüşüb.
Elm və təhsil
23 Fevral , 2018 12:12
BANM və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu arasında anlaşma memorandumu imzalanıb

Bakı. 23 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) nümayəndə heyəti ilə görüşüb.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, nümayəndə heyətinə MGİMO-nun ümumi işlər üzrə prorektoru Artem Malgin başda olmaqla Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi və İnstitutun ekologiya və təbii sərvətlər ilə əlaqəli beynəlxalq kompleks problemləri üzrə kafedrasının müdiri Ruslan Əliyev, MBA proqramının rəhbəri Mariya Belova və bu proqramın tələbə və məzunları olan Rusiyanın aparıcı şirkətlərinin rəhbər nümayəndələri daxildirlər. Bu şirkətlər arasında "PromResurs" MMC, “Gazpromneft” ASC, "VYGON Consulting", “Varyeganeft” ASC, “Gazpromneft” və s. kimi neft-qaz sektorunun öndə gedən şirkətləri var.

Rektor Elmar Qasımov qonaqları Ali Məktəbin kampusunda görməkdən məmnun olduğunu bildirərək MGİMO-nun fəaliyyətini yüksək qiymətləndirib və onun məzunlarının hər zaman seçilən və uğurlu şəxsiyyət olduqlarını söyləyib. Daha sonra rektor MGİMO-nun və şirkətlərin nümayəndələrinə BANM-in tarixi, fəaliyyəti, uğurları haqqında məlumat verib.

MGİMO-nun ümumi işlər üzrə prorektoru Artem Malgin Azərbaycanda BANM kimi ali təhsil müəssisənin olduğunu və Ali Məktəbin qısa dövr ərzində əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini vurğulayıb.

Daha sonra tərəflər BANM və MGİMO arasında gələcəkdə nəzərdə tutulmuş əməkdaşlıq istiqamətlərinin detallarını müzakirə edib və anlaşma memorandumu imzalayıb.

Qonaqlar sonda Ali Məktəbin yeni kampusunu gəzərək oradakı yüksək texnoloji laboratoriyalar, tam təchiz edilmiş müasir auditoriyalar və idman kompleksi ilə tanış olublar. 

Son xəbərlər

Orphus sistemi