BANM tələbələri beynəlxalq forumda iştirak ediblər

BANM tələbələri beynəlxalq forumda iştirak ediblər Forumun birinci hissəsi Moskvada keçirilib
Elm və təhsil
22 Sentyabr , 2017 10:59
BANM tələbələri beynəlxalq forumda iştirak ediblər
BANM

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə III və IV kursda təhsil alan tələbələri Rusiyanın İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin Neft Mühəndisləri Cəmiyyətinin (Society of Petroleum Engineers - SPE) təşkil etdiyi II Beynəlxalq Foruma qatılıblar. 

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, həmin tələbələr Orxan Xankişiyev, Fərdin Vətəni və Elmir Əbilov olub: “Yeni nəsil: kainatı birləşdirək” adlı foruma 55 ölkənin 100-dən artıq tələbə və xarici neft-qaz şirkətlərində çalışan gənc mütəxəssisi qatılıb. BANM tələbələri beynəlxalq forumda neft-qaz ekspertləri və dünyanın bir çox yerindən gələn tələbələrlə ünsiyyət qurub, əlaqələrini genişləndirib, şəxsi bilik və bacarıqlarını inkişaf etdirib, Azərbaycanı və ali təhsil ocağını layiqincə təmsil ediblər".

Forumun birinci hissəsi Moskvada keçirilib. BANM-in tələbələri “Enerji Transformasiyası: Gələcəyin Xəritəsi”, “Smart Neft Sənayesi”, “İnsan Resursları - Səmimi Ünsiyyət” adlı plenar iclaslarda qabaqcıl ekspertlərin təqdimatlarını dinləyərək fikirlərini bildiriblər.

Daha sonra, Xankişiyev, Vətəni və Əbilov 10-dan çox beynəlxalq enerji şirkətlərinin yer aldığı karyera sərgisinə qatılaraq, onlar haqda məlumat əldə ediblər.

Forumun ikinci hissəsi Rusiyanın şimalında yerləşən “Zaluçye” Tədris-İstehsal Mərkəzində davam edib. Vətəni və Əbilov "Schlumberger" şirkətinin mütəxəssisləri tərəfindən idarə olunan dərsləri dinləyərək, aktiv müzakirə aparıblar.

Xankişiyev 50-dən çox ölkənin tələbə nümayəndələri ilə birgə “dəyirmi masa” arxasında “Beynəlxalq Neft-Qaz Mühəndisliyi Tələbələri İdarəedici Biriliyi”nin bu il üçün nəzərdə tutulan görüşündə iştirak edərək, bir sıra mövzular ətrafında müzakirələr aparıb. Vətəni isə “Gubkin Talks” adlı yarışda “Necə çempion olmalı” adlı təqdimatı ilə çıxış edərək sertifikat əldə edib. 

Son xəbərlər

Orphus sistemi