BANM qlobal distant təhsil proqramının lisenziyasını aldı

BANM qlobal distant təhsil proqramının lisenziyasını aldı Bakı Ali Neft Məktəbi (BANM) ABŞ-ın Stanford Universitetinin “Coursera for Campus” qlobal distant tədris proqramına qoşulub.
Elm və təhsil
31 Mart , 2020 11:58
BANM qlobal distant təhsil proqramının lisenziyasını aldı

Bakı Ali Neft Məktəbi (BANM) ABŞ-ın Stanford Universitetinin “Coursera for Campus” qlobal distant tədris proqramına qoşulub. 

BANM-dən "Report"a verilən məlumata görə, proqramın məqsədi koronavirus infeksiyasından təsirlənmiş ölkələrə təhsil sahəsində dəstək göstərməkdən ibarətdir.

Martın 26-dan etibarən ali məktəb sözügedən proqramın tədrisinə dair lisenziya əldə edib.

Beləliklə, Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarının tələbələri və müəllimləri dünyanın nüfuzlu 18 universitetinin 400 ixtisas üzrə təklif etdiyi 3 800 kursdan ixtisaslarına uyğun olanları ödənişsiz və onlayn mənimsəmək imkanı əldə ediblər.

Belə ki, tələbələr "Coursera for Campus" proqramı çərçivəsində İnformasiya texnologiyaları, Kompüter elmləri və Mühəndislik üzrə kurslardan yararlanırlar.

Kurs ingilis dilində tədris olunur və 150-dən çox BANM tələbəsi yararlanır. Kursu müvəffəqiyyətlə bitirən tələbələr sonda sertifikat əldə edəcəklər. Bu da onlara müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı verəcək.

Xatırladaq ki, sözügedən kurslar universitet tələbələrinə, məzunlara, müəllim və işçi heyətinə yüksək keyfiyyətli onlayn təhsil təklif edir.

Son xəbərlər

Orphus sistemi