Yuxarı
    Bağlamaq

    BANM qəbul imtahanında 700 bal toplayan tələbələrinin nəticələrini açıqlayıb

    © BANM

    Bakı. 13 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) qəbul imtahanında 700 bal toplayan tələbələrinin nəticələri haqda məlumat yayıb.

    Ali Məktəbdən "Report"a verilən məlumata görə, ötən il I qrup üzrə qəbul imtahanlarında 700 bal toplayan ölkə üzrə 7 tələbə BANM-i seçib. 

    Bu tələbələrin BANM-da necə oxuması və ilk imtahanlarının nəticələri hər kəs üçün maraq doğurub. Çünki Ali Məktəbdə təhsil almaq digər universitetlərə nisbətən daha çətindir. Qeyd edək ki, təhsil sistemi Azərbaycanda olan digər ali təhsil müəssisələrindən fərqlənən BANM-da tələbələr birinci il hazırlıq kursu (“Foundation”) oxuyur. Burada onlar İKT, ingilis dili üzrə hazırlaşdırılır, İELTS və İKT üzrə imtahanlarda uğur əldə etdikdən sonra növbəti kursa keçir, öz ixtisasları üzrə fənləri öyrənməyə başlayırlar. 

    Məhz 700 ballı tələbələrin daim ictimaiyyətin diqqət mərkəzində olduğunu nəzərə alaraq onların ilk göstəriciləri ilə bağlı məlumatı sizə təqdim edirik.

    - Jalə Məmmədova - "Kimya mühəndisliyi" ixtisası - Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 96 bal;

    - Vahab Cəbrayılov - "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası - Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 96 bal;

    - Elmir Əhmədov - "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası – Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 95 bal;

    - Qabil Əliyev - "Kimya mühəndisliyi" ixtisası – Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 93 bal;

    - Xalidə Əliyeva - "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası – Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 93 bal;

    - Mahirə Əsədzadə - "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası – Fənlərdən “A” və “B” alaraq mümkün 100 baldan ortalama 89 bal toplayıb.

    BANM-ın 7-ci 700 ballı tələbəsi Əsgərzadə Abdulla isə yüksək dil və İKT biliklərinin sayəsində birbaşa ikinci kursa qəbul olub. «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası üzrə təhsil alan Abdullanın imtahan göstəriciləri aşağıdakı kimidir: Azərbaycan tarixi – A (99 bal), Riyaziyyat – A (93bal), Azərbaycan dili və Nitq mədəniyyəti – A (92 bal), Proqramlarşdırma və kompüterin tətbiqi – A (91 bal), Fizika – A (91 bal), İnformasiya-kommunikasiya texnologiyalarının mühəndislikdə tətbiqi – A (96 bal).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi