Yuxarı

BANM-lə ATKİNS şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə razılıq əldə olunub

BANM-lə ATKİNS şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə razılıq əldə olunub
BANM rəhbərliyi ilə Böyük Britaniyanın ATKINS şirkətinin və Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin nümayəndələri arasında görüş keçirilib
© BANM

Bakı. 21 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rəhbərliyi, Böyük Britaniyanın ATKINS şirkətinin və Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin nümayəndələri arasında görüş keçirilib.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə BANM-in rektoru Elmar Qasımov, ATKINS şirkətinin Azərbaycan filialının baş direktoru Ceyms Todd və səfirliyin Enerji, ticarət və investisiya şöbəsinin rəhbəri Stivin Smit iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib və bildirib ki, BANM-in yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən SOCAR üçün beynəlxalq standartlara cavab verən ingilisdilli kadrların hazırlanması olub. Bu istiqamətdə Ali Məktəb Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərlə yaxın əməkdaşlıq edir.

ATKINS şirkətinin Azərbaycan filialının baş direktoru Ceyms Todd öz çıxışında qeyd edib ki, ATKINS Global-ın fəaliyyəti çox geniş spektri əhatə edir. Şirkət neft və qaz, bərpaolunan enerji, memarlıq, şəhərsalma və s. sənaye sahələri üçün mühəndislik, layihələndirmə, dənizdə və quruda struktur və geotexniki qiymətləndirmələr və konsaltinq xidmətləri göstərir. Hal-hazırda Azərbaycanda BP şirkəti ilə regional müqavilə əsasında fəaliyyət göstərir və “Milliləşdirmə siyasəti”nə dəstək göstərən şirkətlər arasında yer alır. Bu məqsədlə onlar BANM-lə daha yaxından tanış olub tələbələrin praktik baxımdan inkişafına və gələcək məzunların karyera imkanları ilə təmin olunmasına töhfə vermək niyyətindədir. Bu dəstək tərəflərin razılığından asılı olaraq müxtəlif formalarda - əməkdaşlıq proqramı, yay məktəbləri, sənaye peşəkarlarının iştirakı ilə qısamüddətli təlimlər və yaxud təqaüdlər formasında təklif oluna bilər.

Səfirliyin Enerji, ticarət və investisiya şöbəsinin rəhbəri Stivin Smit səfirliyin Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıqda maraq göstərdiyini və bu sahədə fəal çalışdığını vurğulayıb. O, BANM-lə Böyük Britaniyanın Heriot-Vatt Universiteti, eləcə də BP və digər bir sıra şirkətlər arasında əlaqələrin mövcudluğundan məmnunluq duyduğunu və bu əlaqələrin daha da genişləndirilməsində səfirlik olaraq hərtərəfli dəstək göstərəcəklərini qeyd edib.

Sonda BANM-lə ATKİNS şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə razılıq əldə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi