BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb

BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb Müqaviləyə əsasən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması nəzərdə tutulub
Elm və təhsil
12 Aprel , 2017 10:39
BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb

Bakı. 12 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb ilə Malayziyanın Kuala Lumpur Universiteti (UniKL) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bu barədə “Report”a Ali Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə BANM-in rektoru və professor-müəllim heyəti, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Roslan Abdul Rəhman, UniKL-nin prorektoru professor Azanam Shah Hashim və Sənaye Texnologiyası İnstitutunun dekanı dosent professor Sairul İzvan Safie, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanacaq müqavilənin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini bildirib. Tərəflər tələbə mübadiləsi, o cümlədən elektrik mühəndisliyi və elektronika ixtisası üzrə birgə proqramın həyata keçirilməsi barədə razılığa gəliblər.

UniKL-nin prorektoru Azanam Shah Hashim vurğulayıb ki, Malayziya universitetinin Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrdən biri ilə əlaqələr qurması hər iki ölkənin maraqlarına cavab verir. O qeyd edib ki, bu əlaqələri hər iki tərəf üçün perspektiv imkanlar yaradır.

Sonra BANM-lə UniKL arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi