BANM-in yaradılmasının 5 ili tamam olub

BANM-in yaradılmasının 5 ili tamam olub Yaxın vaxtlarda Qafqaz regionunun ən böyük kampusu olacaq BANM-in yeni kampusu istifadəyə veriləcək
Elm və təhsil
29 Noyabr , 2016 11:47
BANM-in yaradılmasının 5 ili tamam olub

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasından 5 il ötür. 

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, yaxın vaxtlarda Qafqaz regionunun ən böyük kampusu olacaq BANM-in yeni kampusu istifadəyə veriləcək.

Qeyd edək ki, BANM Prezident İlham Əliyevin fərmanı ilə 2011-ci il noyabr ayının 29-da SOCAR-ın strukturunda yaradılıb.

Ali Məktəbin yaradılmasında məqsəd ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanmasıdır.

2012/2013-cü tədris ilində - BANM-in 11 tələbəsi, 2013/2014-cü tədris ilində 15 tələbə, 2014/2015-ci tədris ilində 16 tələbəsi. 2015/2016-cı tədris ilində isə BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. 2015/2016-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə ölkə üzrə ən yüksək nəticədir. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub.

2016/2017-cı tədris ilində ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbulda ölkə üzrə ən yüksək nəticə göstərən - 700 bal toplayan 2 tələbə Bakı Ali Neft Məktəbinə qəbul olub. BANM-in tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-cı tədris ilində ümumi orta bal 667 bal, maksimal bal 700 bal olub. Yeni tədris ilində BANM-də 135 nəfər tələbə qəbulu planı olub. Bu tədris ilində də BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Ümumilikdə, 5 il ərzində BANM-in tələbələri sırasında 76 nəfər Prezident təqaüdçüsü olub.

BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində yeganə Ali Məktəbdir ki, İSO Beynəlxalq standartlarının üç modulu üzrə sertifikata sahib olaraq, ISO 9001 - Keyfiyyət idarəetmə sistemi, ISO 14001- Ekologiya idarəetmə sistemləri və OHSAS 18001-Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatlarını alıb. 

BANM-in 5 illik fəaliyyəti dövründə qazandığı uğurlar, ödənişsiz təhsil, yüksək keyfiyyətli ingilis dilli mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar, dünyanın bir sıra nüfuzlu ali məktəbləri və transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin Azərbaycanda fəaliyyət göstərən transmilli və xarici şirkətlərdə təcrübənin təşkil olunması ilə vəhdətinin təmin olunması, tədrisin ingilis dilli peşəkar müəllimlər tərəfindən aparılması, nəinki təhsil həyatının, həmçinin tələbələrin ictimai həyatının səmərəli təşkil olunması üçün yaradılan şərait və imkanlar, müasir laboratoriyalar BANM-ə Azərbaycanın ən nüfuzlu və lider ali məktəb statusunu qazandırıb. BANM abituriyentlərin və onların valideynlərinin ən etibar edəcəyi ali məktəblərdən birinə çevrilib.

Son xəbərlər

Orphus sistemi