BANM-in tələbəsi: “Prezident İlham Əliyevin iştirak etdiyi mərasimdə çıxış etmək mənə qürur hissi yaşatdı”

BANM-in tələbəsi: “Prezident İlham Əliyevin iştirak etdiyi mərasimdə çıxış etmək mənə qürur hissi yaşatdı” Bakı. 16 noyabr. REPORT.AZ/ Mahirə Əsədzadə 1999-cu ildə Bakı şəhərində anadan olub. 2006-2008-ci illərdə Laçın rayonu 40 nömrəli tam orta məktəbində təhsil alıb. 2008-2017-ci illərdə isə Bakı şəhəri 162 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Dövlət İmtahan Mərkəzinin 2016-2017-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olunub.
Elm və təhsil
16 Noyabr , 2017 12:25
BANM-in tələbəsi: “Prezident İlham Əliyevin iştirak etdiyi mərasimdə çıxış etmək mənə qürur hissi yaşatdı”
BANM

Bakı. 16 noyabr. REPORT.AZ/ Mahirə Əsədzadə 1999-cu ildə Bakı şəhərində anadan olub. 2006-2008-ci illərdə Laçın rayonu 40 nömrəli tam orta məktəbində təhsil alıb. 2008-2017-ci illərdə isə Bakı şəhəri 162 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Dövlət İmtahan Mərkəzinin 2016-2017-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olunub.

"Report" Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən M.Əsədzadənin müsahibəsini təqdim edir.

- Ötən həftə Prezident İlham Əliyevin iştirak etdiyi 2 milyard ton neftin hasilatı ilə bağlı keçirilən tədbirdə çıxış etdin. Tədbirdəki çıxışınla bağlı fikirlərini bizlə bölüşərdin.

- Noyabrın 8-i H.Əliyev mərkəzində cənab Prezident İlham Əliyevin iştirak etdiyi mərasimdə öz ali məktəbim adından çıxış etməyim mənə sözlə ifadə edilməz qürur hissi yaşatdı. Hətta həyatımda indiyədək yaşadığım ən həyəcanlı an deyə bilərəm. Bu hadisədən sonra bir daha BANM-ə qəbul olmağımın nə qədər doğru bir seçim olduğunu anladım.

- Çıxışında uşaqlıqdan ən böyük arzunun neftçi olmaq və SOCAR ailəsinə qoşulmaq olduğunu bildirdin. Bu arzuyla yaşayan gənclərə nə məsləhət görərdin?

 - Bəli, çoxlarımız elə uşaqlıq arzularımızım arxasınca gedirik. Düşünürəm neftçi olmaq, peşəkar neft mühəndisi olmaq istəyən bir gənc ilk növbədə ali məktəb seçimini düzgün etməlidir. Çünki hər şey ordan başlayır. Məsələn, BANM mənim hərtərəfli mühəndis kimi yetişməyimi təmin edir. Çünki biz təhsillə bərabər, həm də istehsalatın içindəyik.

- Bakı Ali Neft Məktəbini digər universitetlərdən fərqləndirən nədir?

- Bakı Ali Neft Məktəbinin tələbələri qarşısında açdığı imkanlar tamam başqadır. Eyni zamanda burada dərslərin xarici dildə tədris olunması, ödənişsiz təhsilin olması, nəzəri biliklərin mənimsədilməsi ilə yanaşı təcrübə və praktikaların çoxluğu, xarici ölkələrdə təhsil imkanının yaradılması, transmilli şirkətlərlə əməkdaşlıq - bunların hamısı birlikdə məhz BANM-dədir.

- Davam etmək üçün necə bir motivasiyaya ehtiyacın olur?

- Məni daha çox ruhlandıran gördüyüm işin nəticəsidir. Proses uzun müddət davam etsə də, əldə edəcəyim uğur, işin nəticəsi mənə ruh yüksəkliyi bəxş edə bilər.

- Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətin nə olardı?

- Özlərini görmək istədikləri yerə uyğun ixtisaslaşmış, tələbələrə daha çox karyera imkanları tanıdan, 4-5 ilin sonunda sadəcə diplom kağızı deyil, eyni zamanda çoxseçimli iş təklifləri ilə imkanlar açacaq, zəngin bilik, bacarıq və təcrübə qazandıracaq bir təhsil ocağı seçsinlər. Əgər peşəkar bir mühəndis olmaq istəyirlərsə, əlbəttə ki, ən uğurlu seçim Bakı Ali Neft Məktəbidir.

Son xəbərlər

Orphus sistemi