BANM-in tələbəsi: “Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi” - MÜSAHİBƏ

BANM-in tələbəsi: “Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi” - MÜSAHİBƏ Bakı. 7 dekabr. REPORT.AZ/ Xalidə Əliyeva 2000-ci il yanvarın 6-da Lənkəran şəhərində anadan olub. 2007-ci ildən etibarən orta təhsilinin ilk 5 ilini Sumqayıt şəhər Texniki və Təbiət Elmlər Liseyində, növbəti 3 ilini Lənkəran şəhər 4 saylı məktəb-liseydə, son 3 ilini Bakı şəhər 220 saylı məktəb-liseydə tamamlayıb. 2017-ci ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanının I mərhələsində 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb.
Elm və təhsil
7 Dekabr , 2017 13:38
BANM-in tələbəsi: “Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi” - MÜSAHİBƏ
BANM

Bakı. 7 dekabr. REPORT.AZ/ Xalidə Əliyeva 2000-ci il yanvarın 6-da Lənkəran şəhərində anadan olub. 2007-ci ildən etibarən orta təhsilinin ilk 5 ilini Sumqayıt şəhər Texniki və Təbiət Elmlər Liseyində, növbəti 3 ilini Lənkəran şəhər 4 saylı məktəb-liseydə, son 3 ilini Bakı şəhər 220 saylı məktəb-liseydə tamamlayıb. 2017-ci ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanının I mərhələsində 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb.

"Report" xəbər verir ki, X.Əliyeva Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin suallarını cavablandırıb:

- İndiyədək özünlə fəxr etdiyin hansı nailiyyətin olub?

- Təbii ki, qəbul imtahanında əldə etdiyim maksimal nəticə mənim indiyədək əldə etdiyim ən böyük uğurlarımdandır. Lakin məndə qürur hissi oyadan ən böyük uğurum Bakı Ali Neft Məktəbi ailəsinə daxil olmağımdır. Çünki düşünürəm ki, parlaq gələcəyə aparan yol sağlam addımlardan keçir və mən bu ali məktəbi seçməklə ən düzgün qərarı vermişəm. Bundan başqa Prezident təqaüdünə layiq görülməyimi də uğur olaraq qeyd edə bilərəm. Cənab Prezidentin sərəncamında öz adımı görəndə dünyanın ən xöşbəxt adamı idim.

- Ali məktəblərə seçim qarşısında olarkən niyə məhz Bakı Ali Neft Məktəbini seçdiniz?

- İxtisasımı dəqiqləşdirən kimi özümə "seçəcəyin ali məktəbdən gözləntilərin nələrdir? Ali məktəbi bitidikdən sonra karyera imkanlarım necə olacaq? " sualını verdim. Məhz həmin suallar və onların cavabları məni yalnız bir ünvana - Bakı Ali Neft Məktəbinə istiqamətləndirdi. BANM-ə qoşulduqdan sonra əmin oldum ki, həqiqətən tələbələrə yüksək keyfiyyətli və hərtərəfli təhsil verilir. Ən əsası tələbələrdə həyata başqa perspektivdən baxmaq qabiliyyəti aşılanır. BANM öz üstünlükləri ilə mənə parlaq gələcək və uğur dolu bir həyat vəd edir. Buna görə çox sevinirəm.

- BANM-i bitirdikdən sonra özünü harada görürsən?

- Bakalavr pilləsini başa vurduqdan sonra ali təhsilimi magistr pilləsində davam etdirmək istəyirəm. Ən böyük məqsədim isə ölkəmi beynəlxalq arenada təmsil etmək və ixtisasım üzrə bir ilkə imza atmaqdır.

- Xalidə, səni həyatda ən çox motivasiya edən nədir?

- Məni həyatda ən çox motivasiya edən ailəmin və sevdiklərimin mənə olan sevgisi, inamı və dəstəyidir.

- Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətin nə olardı?

- Onlara demək istərdim ki, özlərini hansı sahədə xəyal edirlərsə həmin sahə üzrə təhsil alsınlar. Həyatdan nə istədiklərini bilmək onları uğura aparmağa kömək edəcək. Elə məndə də belə oldu. Əvvəlcədən mühəndis olacağımı və BANM-də təhsil alacağımı müəyyən eləmişdim. Onda görə bu gün uğura aparan yolla addımlayıram. 

Son xəbərlər

Orphus sistemi