BANM-in tələbəsi ölkə birincisi oldu

BANM-in tələbəsi ölkə birincisi oldu Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi ölkə birincisi olub.
Elm və təhsil
26 Fevral , 2020 14:20
BANM-in tələbəsi ölkə birincisi oldu

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi ölkə birincisi olub.

Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib. 

Qeyd olunub ki, BANM-in Neft-Qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Seymur Rəhimov qəbul imtahanında ən yüksək nəticə (95 bal) toplayıb.

O, BANM-in bakalavr pilləsinə 2015-ci ildə 678 balla qəbul olub. 

Son xəbərlər

Orphus sistemi