BANM-ın tələbəsi Gənclər Fondunun layihəsinin icrasını başa çatdırıb

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsinin icrasını başa çatdırıb Bakı. 16 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) 5-ci kurs tələbəsi Leyli Abbasova Prezident yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olaraq, özünün “Azərbaycanın gənc veb proqramçıları” adlı layihəsinin icrasını başa çatdırıb.
Elm və təhsil
16 Yanvar , 2018 10:45
BANM-ın tələbəsi Gənclər Fondunun layihəsinin icrasını başa çatdırıb
BANM

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) 5-ci kurs tələbəsi Leyli Abbasova Prezident yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olaraq, özünün “Azərbaycanın gənc veb proqramçıları” adlı layihəsinin icrasını başa çatdırıb.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, BANM-in təşkilati dəstəyi ilə həyata keçirilən “Azərbaycanın gənc veb proqramçıları” layihəsinin əsas məqsədi gənclərin informasiya texnologiyaları sahəsində biliyini artırmaq, veb proqramlaşdırma sahəsinə olan maraqlarını gücləndirmək, həmçinin İKT-nin müasir dövrdəki geniş imkanlarını gənclərə çatdırmaq olub. 

Eyni zamanda, milli internet səhifələrinin sayını artırmaq, gənclərin HTML, CSS və Javas Proqramlaşdırma dilləri üzrə bilik və bacarıqlarını genişləndirmək layihənin əsas vəzifələri kimi göstərilib.

Bir ay ərzində reallaşan layihə zamanı beş təlim-seminar sessiyası keçirilib. Təlimin iştirakçıları informasiya texnologiyaları sahəsində təhsil alan və veb proqramlaşdırmaya marağı olan ali məktəb tələbələrindən ibarət olub. Təlimin sonunda iştirakçılar arasında yarışma keçirilib, ən uğurlu gənclər sertifikat və hədiyyələrlə mükafatlandırılıb. Bakı Ali Neft Məktəbindən Fərid Həmidov, həmçinin iştirakçı qismində çıxış edən digər universitetlərdən Vəfa Əliyeva və Cavanşir Hüseynli yarışmanın qalibi seçiliblər.

Qeyd edək ki, Gənclər Fondunun sonuncu qrant müsabiqəsində Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən yeddi və BANM Tələbə Gənclər Təşkilatının (TGT) tərəfdaşlığı ilə irəli sürülən üç layihə müsabiqədə fiziki şəxslərin layihələri kateqoriyası üzrə qalib olublar.

Son xəbərlər

Orphus sistemi