Yuxarı

​BANM-in tələbəsi “Famelab” yarışmasının qalibi olub

Qalib layihə iyun ayında Britaniyada keçiriləcək “Çeltenham Elm Festivalı”nda ölkəmizi təmsil edəcək

Bakı. 6 may. REPORT.AZ/ British Council və Qafqaz Universitetinin birgə layihəsi olan Famelab - Şöhrət Laboratoriyası yarışmasının final mərhələsi keçirilib.

Bu barədə "Report"a Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən məlumat verilib.

Yarışmanın məqsədi Böyük Britaniyanın “Çeltenham Elm Festivalı” tərəfindən yaradılan yarışmanın məqsədi elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaq olub.

Elm və ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan 18-35 yaş arası olan şəxslərin iştirak etdiyi və çoxsaylı yarışma iştirakçılarından yalnız 10 nəfərin vəsiqə aldığı final mərhələsi olduqca gərgin və maraqlı keçib.

Belə ki, Bakı Ali Neft Məktəbinin tələbəsi Mirlan Kərimovun “Mexaniki dalğalar və rezonans” mövzusunda, ADA Universitetinin tələbələri Samir Məmmədovun “Kriptoqrafiya” mövzusunda, Könül Qurbanlının “Qlobal Peyk Sistemi” mövzusunda, Qafqaz Universitetinin tələbələri Minəxanım Babayevanın “Kainatın tarixi” mövzusunda, Vasif Cavadlının “Ehtiyat avtomat sistemi” mövzusunda, Nuran Həsənovun “İşıqların rənglərə parçalanması” mövzusunda, Leyla İbrahimlinin “Çoxbilmiş su” mövzusunda, Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Nəcəfzadənin “Streslər” mövzusunda, Azərbaycan Tibb Universtetinin tələbəsi Arzu Rəsulzadənin “Göz yanılmaları” mövzusunda təqdimatları alqışlarla qarşılanıb.

Münsiflər heyətinin qərarına əsasən I , “Ən çox rəğbət qazanan” yerin qalibi - Bakı Ali Neft Məktəbinin tələbəsi Mirlan Kərimov,  II Yerin qalibi – ADA Universitetinin tələbəsi Samir Məmmədov, III yerin qalibi isə Azərbaycan Tibb Universtetinin tələbəsi Arzu Rəsulzadə olub.

Qeyd edək ki, finalda birinci yerə layiq görülən layihə 2016-cı ilin iyun ayında Böyük Britaniyada keçiriləcək “Çeltenham Elm Festivalı”nda ölkəmizi təmsil edəcək.

Yarışın sonunda Qafqaz Universitetinin rektoru professor Əhmət Saniç və British Councilin Azərbaycan üzrə direktoru Elizabet Vayt iştirakçılara hədiyyələr təqdim edib, qaliblər mükafatlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi