Yuxarı

BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edib

BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin “Nefq-qaz mühəndisliyi” ixtisasında təhsil alan IV kurs tələbəsi Fərdin Vətəni Azərbaycanın “Azerspace-2” peykinin Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılmasında iştirak edib. 

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Qeyd edək ki, Ali Məktəbin tələbəsi BANM ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində bu böyük tədbirə qatılıb. BANM-a 690 balla daxil olan Fərdin Vətəni Ali Məktəbin aktiv sosial-ictimai fəaliyyəti ilə fərqlənən tələbələrindəndir, eyni zamanda Prezident təqaüdçüsüdür. 

Xatırladaq ki, “Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək. Peyk Azərbaycanın orbitə çıxarılan üçüncü peykidir. “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi