Yuxarı

BANM-in tələbələrinə “Neftçilər günü”ndə noutbuklar verilib

BANM-də 20 sentyabr “Neftçilər günü”nə həsr edilən tədbir keçirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 20 sentyabr - “Neftçilər günü”nə həsr edilən tədbir keçirilib.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təsis edilən “20 sentyabr - Neftçilər günü” münasibətilə Azərbaycan neftçilərini, o cümlədən BANM-in professor-müəllim heyətini və tələbələrini təbrik edib.

Rektor Elmar Qasımov Azərbaycan dövlətinin yürütdüyü uğurlu neft strategiyasından bəhs edərək “Əsrin müqaviləsi”nin ölkəmizin neft sənayesinin tarixində mühüm hadisə olduğunu deyib. 

O, neftçi peşəsinin azərbaycanlıların ənənəvi peşə sahəsi olduğunu deyərək bu gün ölkəmizdə yüksək ixtisaslı, ingilisdilli, peşəkar kadrların hazırlanmasında məhz Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Ali Neft Məktəbinin rolundan danışıb: "Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində bu Ali Məktəb nümunə kimi göstərilə bilər".

Rektor BANM-in tarixi, inkişaf perspektivləri, beynəlxalq əlaqələri, xarici ölkələrin universitetləri ilə əməkdaşlığı haqqında söz açıb. Ali Məktəbdə Böyük Britaniyanın Heriot Vatt Universitetinin tədris proqramlarının tətbiq olunduğunu vurğulayıb. 

Elmar Qasımov gələcəkdə bu Ali Məktəbin məzunlarının şərəfli neftçi peşəsini ləyaqətlə davam etdirəcəklərinə əmin olduğunu bildirib.

Sonda bu il qəbul olan tələbələrə noutbuklar təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi