BANM-ın daha 8 tələbəsi “Baker Hughes, a GE Company” şirkətində təcrübə keçəcək

BANM-ın daha 8 tələbəsi “Baker Hughes, a GE Company” şirkətində təcrübə keçəcək Bakı Ali Neft Məktəbində (BANM) nüfuzlu beynəlxalq neft-qaz şirkəti olan “Baker Hughes, a GE company” nümayəndələri ilə görüş keçirilib.
Elm və təhsil
25 İyun , 2019 11:34
BANM-ın daha 8 tələbəsi “Baker Hughes, a GE Company” şirkətində təcrübə keçəcək

Bakı Ali Neft Məktəbində (BANM) nüfuzlu beynəlxalq neft-qaz şirkəti olan “Baker Hughes, a GE company” nümayəndələri ilə görüş keçirilib.

“Report” xəbər verir ki, görüşdə BANM-in professor-müəllim heyəti ilə yanaşı, şirkətin Rusiyanın Xəzər regionunda neft xidmətləri üzrə vitse-prezidenti Mahmud Kassem və vitse-prezidentin köməkçisi Xədicə Məmmədova iştirak ediblər.

Görüş zamanı tərəflər şirkətdə təcrübəyə seçilən BANM tələbələrinin istehsalat prosesi zamanı göstərdikləri performansları və əməkdaşlığın daha da genişləndirilməsi üzrə müzakirələr aparıblar.

BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin tələbə və məzunlarını diqqətdə saxladıqlarına və yaratdıqları yüksək səviyyəli şəraitə görə şirkətin nümayəndələrinə təşəkkürünü bildirib.

“Baker Hughes, a GE Company” şirkətinin Rusiyanın Xəzər regionunda neft xidmətləri üzrə vitse-prezidenti Mahmud Kassem iş prosesi zamanı BANM məzunlarının səviyyəsindən məmnun qaldığını, onların kifayət qədər peşəkar kadr olduğunu bildirib. O, şirkətdə bu il istehsalat təcrübəsi üçün Ali Məktəbin daha 8 tələbəsinə yer ayrıldığını rektorun diqqətinə çatdırıb.

Şirkətin rəhbəri yüksək səviyyəli kadrlar yetişdirdiyinə görə BANM rəhbərliyi və professor-müəllim heyətinə təşəkkür edib.

E.Qasımov BANM tələbələri və məzunlarının ünvanına deyilən xoş sözlərdən məmnunluğunu ifadə edib və gələcəkdə bu əməkdaşlığın davamlı olacağını vurğulayıb.

“Baker Hughes, a GE company” şirkəti dünyanın nüfuzlu neft-qaz şirkətlərindən sayılır. Şirkət əsasən, çoxşaxəli neft və mədən məhsulları, xidmətləri və rəqəmsal həlləri üzrə dünyanın ilk və yeganə tam təchizatçısıdır.

2015-ci ildən “Baker Hughes, a GE company” ilə qurulmuş yüksək əməkdaşlıq nəticəsində şirkətdə Ali Məktəbin tələbələrinin istehsalat təcrübəsi təşkil edilir, daha sonra məzunlar işlə təmin olunur. 

Son xəbərlər

Orphus sistemi