BANM-ın tələbələri Türkiyədə istehsalat təcrübəsi keçəcəklər

BANM-ın tələbələri Türkiyədə istehsalat təcrübəsi keçəcəklər Bu barədə Ali Məktəbin rektoru Elmar Qasımovun və “SOCAR TurkeyEnergy” şirkətinin baş icraçı direktorunun görüşündə razılıq əldə edilib
Elm və təhsil
5 İyun , 2015 10:36
BANM-ın tələbələri Türkiyədə istehsalat təcrübəsi keçəcəklər

Bakı. 5 iyun. REPORT.AZ/ Bu ilin yayında Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə 3-cü kursda təhsil alan 10 seçilmiş tələbəsi Türkiyənin İzmir şəhərində Petkim şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcəklər. BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu barədə Ali Məktəbin rektoru Elmar Qasımovun və “SOCAR TurkeyEnergy” şirkətinin baş icraçı direktoru və Petkim şirkətinin İdarəetmə Şurasının üzvü Kənan Yavuzun görüşündə razılıq əldə edilib.

Tələbələr tikintisi davam edən nəhəng obyektdəki tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə tanış olacaqlar. Onlar hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər.

Tikintisi davam edən və bir sıra istehsal sahələri istismarda olan bu müəssisədəki istehsalat təcrübəsi tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə kömək edəcəkdir.

Razılaşmaya əsasən BANM-in tələbələri Petkim şirkətinin əməkdaşlıq etdiyi digər kimya profilli müəssisələrdə də təcrübə keçə biləcəklər. 

Son xəbərlər

Orphus sistemi