Yuxarı
    Bağlamaq

    BANM-in tələbələri “İdeya var!” müsabiqəsində I və III yerləri qazanıblar

    Bakı. 4 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “İdeya var!” gənclərin ikinci ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsində 1-ci və 3-cü yerləri qazanıblar.

    Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

    Müsabiqədə 14-29 yaşlı Azərbaycan vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak ediblər. Müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.

    Müsabiqə “Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri” və “Sosial sahə və təhsil” adlı 4 nominasiya üzrə aparılıb.

    Müsabiqədə birinci yeri – “İstehsalat sularından litiumun ayrılması” adlı layihə ilə BANM-ın 5-ci kurs Neft-qaz mühəndisliyi ixtisasının tələbəsi Əhməd Mehribanlı və onun komanda yoldaşı, Kanadanın Alberta universitetinin məzunu Cavid Əhmədov qazanıblar.

    Müsabiqədə III yeri də Ali Məktəbin tələbələri - Elmar Əsgərzadə, Hüseyin Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov, Aleksandr Oborovskiy özlərinin “ThermoNorth” adlı startup layihələrilə qazanıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi