Yuxarı
    Bağlamaq

    BANM-ın tələbələri “ClimateLaunchpad Azerbaijan 2018”in qalibi olublar

    Dinlə

    Bakı. 6 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri 46 ölkənin iştirak etdiyi dünyanın ən böyük “cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan ClimateLaunchpad"ın “ClimateLaunchpad Azerbaijan 2018” ölkə finalının qalibi olublar. 

    Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

    Ali Məktəbin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri – Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Alexandr Oborovsky və onların elmi rəhbərləri Əmir Reza Vəxşuri özlərinin “ThermoNorth” (Maşın mühərrikini optimal temperaturda saxlayan faza dəyişən maddəsi (PCM)) layihəsi ilə qatılıblar.

    “ClimateLaunchpad” proqramı ümumi 4 mərhələdən ibarətdir: Kamp, İntensiv ölkədaxili akselerasiya proqramı, Ölkə finalı və Dünya finalı. Proqramda istənilən cleantech layihəsi və y a ideyası – mobil tətbiq, texnoloji cihaz, kimyəvi reaksiya, mexaniki qurğu, alternativ enerji mənbəsi və s. ola bilər.

    İlkin mərhələdə proqrama Azərbaycan üzrə müxtəlif universitetlərdən və şirkətlərdən 83 startup layihəsi qatılıb. İlkin mərhələdən seçildikdən sonra, ikinci mərhələdə komandalara 10 həftə ərzində intensiv təlim sessiyaları təşkil olunub. Ölkə üzrə finala isə 13 komanda vəsiqə qazanıb. Münsiflər heyəti və auditoriya birinci yerin qalibi olaraq “ThermoNorth” layihəsinə səs veriblər. BANM-ın tələbələrinin işləyib hazırladıqları bu layihə Norveç, İsveç və Kanada kimi ölkələrdə soyuq hava şəraitində maşın mühərriklərini optimal temperaturda saxlamaq üçün yeni materialın əldə edilməsini həyata keçirməyi nəzərdə tutub.

    BANM-ın tələbələri 1 və 2 noyabr tarixlərində Azərbaycanı Şotlandiyada “ClimateLaunchpad”ın Dünya finalında təmsil edəcəklər. Dünya finalında ilk 10-luğa keçən hər bir startup layihəsi 95 min avro investisiya alaraq 18 aylıq akselerasiya proqramına qəbul olunacaq.

    Qeyd edək ki, Azərbaycanda “ClimateLaunchpad”ın rəsmi tərəfdaşı “Social İnnovation Lab” mərkəzidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi