Yuxarı

BANM-ın tələbələri beynəlxalq texnologiya müsabiqəsinin milli final mərhələsində ikinci yerin qalibləri olublar

Nominasiyalar üzrə yer tutan üç komanda müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb

Bakı. 23 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Microsoft Imagine Cup 2016” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin milli final mərhələsində iştirak edərək qaliblər sırasında olublar.

Bu barədə “Report”a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsinindən məlumat verilib.

Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Baxşılı Əmiraslan və “Neft-qaz mühəndisliyi”ixtisasının 2-ci kurs tələbəsi Əlixanov Orxan “Oyunlar” nominasiyası üzrə ikinci yerin, eyni zamanda “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan Rəhimli Rəhim, Ömərov Şamil, Kərimov Kərim, Abbasova Leyli “Sosial layihələr” nominasiyası üzrə ikinci yerin qalibləri olublar.

Qeyd edək ki, bu il müsabiqədə iştirak edən ali və peşə təhsili müəssisələrinin tələbələrindən ibarət 25 komanda üç nominasiya üzrə yarışıb. Onlardan 15-i milli seçim turunu və onlayn yarımfinalı uğurla keçərək milli finala vəsiqə qazanıb. “Sosial layihələr”, “İnnovasiya” və “Oyunlar” nominasiyaları üzrə ən yaxşıları olmuş üç komanda müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb ki, bu mərhələdə onlayn səsvermə təşkil olunacaq və bununla da komandalar müsabiqənin əsas mükafatı – layihələrin inkişafı üçün 50 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi