Yuxarı

BANM-in tələbələri Barselonada “HackUPC” yarışında iştirak ediblər

BANM-in tələbələri Barselonada “HackUPC” yarışında iştirak ediblər
Tələbələrin yarışdığı mövzu isə “Əlyazmaların kompüter köməyi ilə oxunması və istifadəçiyə təqdim olunması” olub
© BANM

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) 3 tələbəsi İspaniyanın Barselona şəhərində, Kataloniya Politexnik Universitetində keçirilən HackUPC layihəsində iştirak ediblər.  

Ali Məktəbdən "Report"a verilən məlumata görə, bunlar BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Kərim Kərimov və Şamil Ömərov, 3-cü kursdan isə Hacalı Bayramov olub. 

Azərbaycanlı tələbələr müxtəlif ölkələrin İT (İnformasiya Texnologiyaları) sahəsindən gələn 700 tələbə ilə birlikdə yeni texnologiyaları öyrənib, maraqlı insanlarla tanış olub və əyləncəli vaxt keçiriblər. Layihənin əsas məqsədi tələbələr arasında İT yarışması olub və bu yarışma düz 36 saat davam edib. Bu zaman çərçivəsində onlar seçilmiş mövzuya uyğun İT həll hazırlayıblar. Tələbələrin yarışdığı mövzu isə “Əlyazmaların kompüter köməyi ilə oxunması və istifadəçiyə təqdim olunması” olub. Bu kateqoriyada iştirak edən 9 komanda arasında ikinci yerə layiq görülən tələbələr Kataloniya Politexnik Universitetinin böyük marağına səbəb olublar.

Qeyd edək ki, HackUPC texnika və texnologiya istiqamətli kreativ və yaradıcı gəncləri birləşdirən tədbirdir. Burada iştirakçılar komanda şəklində işləyərək proqramlar, oyunlar, robotlar yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi