Yuxarı
    Bağlamaq

    BANM-in Prezident təqaüdçüsü: “Yaxşı mühəndis olmaq istəyirəm”

    “Müəllimlərimə və ailəmə çox minnətdaram”

    Bakı. 1 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsi Pərviz Həsrətli cavablandırıb.

    “Report” həmin müsahibəni təqdim edir:

    - Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin...

    - Mən 1999-cu il yanvarın 8-də Yardımlı rayonunda anadan olmuşam. 2016-cı ildə Sumqayıt şəhəri Təbiət elmləri tamayüllü gimnaziyani bitirmişəm. Həmin il Bakı Ali Neft Məktəbinə daxil olmuşam. Hazırda I kurs tələbəsiyəm, Prezident təqaüdçüsüyəm.

    - İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

    - Həmin dövrdə vaxtımı dərslərimə, imtahana hazırlaşmağa sərf edir, çalışırdım ki, mənə olan etimadı doğruldum. Müəllimlərimə və ailəmə çox minnətdaram. Onlar məni hər zaman həvəsləndiriblər.

    - Nə qədər bal topladınız?

    - Qəbul imtahanında 685 bal toplamışam.

    - Niyə məhz BANM-ı seçdiniz?

    - Yüksək səviyyədə təhsil verən ali təhsil müəssisəsi olduğuna və məni mükəmməl mühəndis kimi yetişdirəcəyinə əmin olduğum üçün buranı seçdim. Gələcəkdə həyatda öz yerimi tapacağıma inandığım üçün məhz bu ali təhsil ocağını seçmişəm.

    - Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

    - Yuxarıda da qeyd etdiyim kimi, mən müəllimlərimə və ailəmə hədsiz minnətdaram. Repetitor yanında hazırlaşmışam. Buna görə də ailəmin təhsilimdəki maddi və mənəvi rolu əvəzsizdir.

    - Ən böyük arzunuz nədir?

    - Arzularım çoxdur, amma ən böyük arzum ən yaxşı mühəndis olmaqdır.

    - İxtisasınız haqqında nə demək istərdiniz?

    - Mən Neft-qaz mühəndisliyi ixtisasında təhsil alıram. Onu deyə bilərəm ki, bu peşə Azərbaycanda ənənəvi sənət sahələrindən biridir. Ölkəmizi neft ölkəsi kimi tanıyırlar. Təbii ki, bu sahədə mütəxəssislərə ehtiyac hər zaman var. Düşünürəm ki, nəinki ölkə daxilində, yerli şirkətlərdə, eyni zamanda bütün beynəlxalq şirkətlərdə gələcəkdə yüksək səviyyəli mühəndis kimi BANM məzunları olaraq özümüzü təsdiq edəcəyik.

    - Hobbiniz nədir?

    - İdmanla, xüsusilə üzgüçülüklə məşğul oluram.

    - Başqa hansı maraqlarınız var?

    - Təhsil həyatımdan başqa, dediyim kimi, idmanla məşğul olmaq, müxtəlif yerlərə səyahət etmək mənə çox maraqlıdır.

    - Hansı janrda kitabları oxuyursunuz?

    - Daha çox detektiv janrda olan kitablara üstünlük verirəm.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi