BANM-in Prezident təqaüdçüsü: “Gələcəkdə savadlı mühəndis olmaq istəyirəm” - MÜSAHİBƏ

BANM-in Prezident təqaüdçüsü: “Gələcəkdə savadlı mühəndis olmaq istəyirəm” - MÜSAHİBƏ “Ailəmin və sevdiklərimin mənə olan inamını doğrultmalıydım”
Elm və təhsil
9 Yanvar , 2017 13:05
BANM-in Prezident təqaüdçüsü: “Gələcəkdə savadlı mühəndis olmaq istəyirəm” - MÜSAHİBƏ

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Neft-qaz muhəndisliyi ixtisasının I kurs tələbəsi Şahlar Əlizadə cavablandırıb. 

“Report” həmin müsahibəni təqdim edir:

- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.

- Mən 1999-cu ildə Beyləqan rayonu birinci Şahsevən kəndində anadan olmuşam. Doğulduğum kənddə orta məktəbi bitirmişəm. Həmin il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanını uğurla verərək Bakı Ali Neft Məktəbinə qəbul olmuşam. BANM-in Neft-qaz muhəndisliyi ixtisasının I kurs tələbəsiyəm, Prezident təqaüdçüsüyəm. 

- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz...

- Mənim ücün çox çətin bir dövr idi, hədsiz dərəcədə yorulurdum, amma buna baxmayaraq, mən öz məqsədimə çatmaq üçün çox oxumalıydım. Ailəmin və sevdiklərimin mənə olan inamını doğrultmalıydım.

- Nə qədər bal topladınız?

- 686 bal toplamışam.

- Niyə məhz BANM-ı seçdiniz?

- Mənim uşaqlıqdan məqsədim savadlı mühəndis olmaqdır və BANM mənim uçun ən dəyərli ali təhsil ocağıdır. Ona görə BANM-də təhsil almağı seçdim və inanıram ki, heç vaxt peşman olmayacam.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

- Ailəmin oxumağımdakı rolu əvəzedilməzdir. Onlar həmişə mənə dəstək olublar. Mən əgər bu gün arzuladığım ali məktəbdə təhsil alıramsa, bu məhz onların sayəsində mümkün olub. Ömrüm boyunca onlara minnətdaram.

- Ən böyük arzunuz nədir?

- Arzum ali məktəbi əla qiymətlərlə bitirib ölkəmi xarici ölkələrdə tanıtmaq, yeni layihələr hazırlayıb daha da yüksəlmək və savadlı bir mutəxəssis olmaqdır.

- İxtisasınız haqqında nə demək istərdiniz?

- Mən neft-qaz muhəndisliyi ixtisası üzrə təhsil alıram. Ümid edirəm ki, gələcəkdə savadlı bir mühəndis olacam.

- Hobbiniz nədir?

- Ən böyük hobbim kinoya baxmaqdır.

- Başqa hansı maraqlarınız var?

- Velosiped surməyi çox xoşlayıram. Eyni zamanda, dünya səyahətinə çıxmaq mənim üçün çox maraqlıdır, bunu reallaşdırmaq istərdim.

- Hansı janrda kitabları oxuyursunuz?

- Janrından asılı olmayaraq kitab oxumağı sevirəm.

Son xəbərlər

Orphus sistemi