BANM-in magistratura pilləsinə ilk qəbul elan edilib

BANM-in magistratura pilləsinə ilk qəbul elan edilib Təhsil pulsuzdur
Elm və təhsil
6 Aprel , 2017 13:37
BANM-in magistratura pilləsinə ilk qəbul elan edilib
BANM

Bakı. 6 aprel. REPORT.AZ/ 2017/2018-ci tədris ili üçün Bakı Ali Neft Məktəbinə (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasının “Yatağın qiymətləndirilməsi və idarə olunması” ixtisaslaşması, “Kimya mühəndisliyi” ixtisasının isə “Neft və qaz texnologiyası” ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul elan edilib. 

Bu barədə “Report”a Ali Məktəbin resktoru Elmar Qasımov məlumat verib.

Birinci ixtisas üzrə 10, ikinci ixtisas üzrə 11 bakalavrın qəbulu nəzərdə tutulub.

Sözügedən ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığı ilk dəfə olaraq yalnız Bakı Ali Neft Məktəbində Böyük Britaniyanın Heriot- vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında iki diplom layihəsi çərçivəsində həyata keçiriləcək, məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək.

Bakı Ali Neft Məktəbində magistratura səviyyəsində təhsil ödənişsiz olaraq dövlət sifarişi əsasında həyata keçiriləcək.

Magistraturada təhsil müddəti 1,5 il olaraq magistr dissertasiyasının müdafiəsi ilə başa çatacaq, məzunlara elm üzrə magistr dərəcəsi veriləcək.

Təhsil ingilis dilindədir, bakalavrlar Dövlət İmtahan Mərkəzinin Bakı Ali Neft Məktəbində sözügedən ixtisas üzrə bakalavriat səviyyəsində tədris edilən peşə və ixtisas fənlərinin məzmunu əsasında tərtib olunmuş proqram üzrə təşkil edəcəyi test imtahanlarını verməlidirlər. Təhsil pulsuzdur. 

Son xəbərlər

Orphus sistemi