BANM-ın bütün məzunları işlə təmin olunub

BANM-ın bütün məzunları işlə təmin olunub Bakı. 12 fevral. REPORT.AZ/ Dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ildə ilk məzunlarını yola salıb.
Elm və təhsil
12 Fevral , 2018 12:26
BANM-ın bütün məzunları işlə təmin olunub

Bakı. 12 fevral. REPORT.AZ/ Dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ildə ilk məzunlarını yola salıb.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, keçən il BANM-i neft-qaz mühəndisliyi ixtisası üzrə 48 nəfər, kimya mühəndisliyi ixtisası üzrə 54 nəfər – cəmi 102 məzun bitirib.

Qeyd edək ki, məzunların əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Bəziləri isə təhsillərini Azərbaycanın, eləcə də dünyanın nüfuzlu universitetlərində magistratura və PhD pilləsində davam etdirir. Məzunlar arasında ixtisasları üzrə işləyən və eyni zamanda təhsilini davam etdirənlər var.

Mühəndislik sahəsində ixtisasları beynəlxalq səviyyədə qəbul edilən BANM-in məzunlarının çalışdığı müəssisələr üzrə statistikası aşağıdakı kimidir:

Şikət/təşkilat Ümumi say
STAR & PETKIM (TÜRKİYƏ) 24
AZNEFT İSTEHSALAT BİRLİYİ 18
SOCAR POLYMER 6
BAKI ALİ NEFT MƏKTƏBİ 6
HEYDƏR ƏLİYEV adına NEFT EMALI ZAVODU 5
BP 5
HALLIBURTON 2
MAİRE TECNİMONT 2
GİLAN HOLDİNG 2
SCHLUMBERGER 1
SOCAR Baş Ofis 1
SOCAR Ümid MMC 1
AZƏRİKİMYA 1
NİPİ Neftegas MMC 1
CƏMİ 75 nəfər

Qeyd edək ki, Ali Məktəbin 6 məzunu hazırda müddətli həqiqi hərbi xidmətdədir və xidməti başa vurduqdan sonra onlar əvvəlcədən əmək müqaviləsi bağladıqları Azneft İB-də işə başlayacaq.

Dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirən Ali Məktəbin məzunları enerji sektorunda fəaliyyət göstərən şirkətlərə işə düzəlməkdə çətinlik çəkmirlər. Belə ki, BANM-da təhsil alan tələbələr hər il tədris proqramlarının bir hissəsi kimi həmin şirkətlərin əksəriyyətində istehsalat təcrübə proqramları keçirlər. Bu yolla məzun olmazdan qabaq həm şirkətlər tələbələri, həm də tələbələr şirkətləri yaxından tanımış olur.

Bundan başqa, enerji sektorunun nüfuzlu şirkətləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri quran BANM-da mütəmadi olaraq həmin şirkətlərin rəhbər şəxsləri, menecerləri tədris müddəti ərzində tələbələrə master-klasslar, təlim və seminarlar keçir. Bu da tələbələrin həmin şirkətlərin fəaliyyətinə maraq göstərməsinə, gələcəkdə özlərini həmin şirkətlərin əməkdaşı kimi görməsinə imkan yaradır.

Təhsilini davam etdirməyi qərara almış BANM-ın məzunlarının ali məktəblər və ölkələr üzrə statistikasını aşağıdakı cədvəldə təqdim edirik:


Universitet Ölkə Say Təhsil pilləsi
Kolorado Mədənlər Məktəbi ABŞ 1 nəfər PhD
Bakı Ali Neft Məktəbi Azərbaycan 14 nəfər Magistratura
Stanford Universiteti ABŞ 1 nəfər Magistratura
Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Proqramı Azərbaycan 6 nəfər Magistratura
Hamburq Texnologiyalar Universiteti Almaniya 2 nəfər Magistratura
Fredrix Aleksandr adına Nürnberq Universiteti Almaniya 1 nəfər Magistratura
Turin Politexnik Universiteti İtaliya 1 nəfər Magistratura
Milan Politexnik Universiteti İtaliya 1 nəfər Magistratura
Kataloniya Politexnik Universiteti İspaniya 1 nəfər Magistratura
Ege Universiteti Türkiyə 1 nəfər Magistratura
Debrecen Universiteti Macarıstan 1 nəfər Magistratura
Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti Macarıstan 1 nəfər Magistratura
Maliyyə və Administrasiya Universiteti Çexiya 1 nəfər Magistratura
CƏMİ 1 nəfər Ph.D və 31 nəfər Magistr

Son xəbərlər

Orphus sistemi